Ruhi Əliyevadan ölkə Prezidentinə MÜRACİƏT
    • 27-07-2020, 17:23
    • 608

Ruhi Əliyevadan ölkə Prezidentinə MÜRACİƏT

"Liatris Holding"in direktoru Ruhi Əliyeva Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

News24.az sözügedən müraciətin mətnini təqdim edir:  

“Hörmətli Ali Baş Komandan.
Bir neçə gündür ki, mənfur düşmənin Tovuz rayonunda törətdiyi təxribat, tor-paqlarımıza hücum cəhdi biz tovuzluların hiddətinə səbəb olub. Günlərdir ki, Tovuzun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri düşmənin artilleriya zərbələrinə məruz qalır, mülki əhaliyə məxsus evlər dağıdılır, ayrı-ayrı vətəndaşlarımıza ziyan dəyir. Lakin rəşadətli ordumuz düşmənə layiqli cavab verir, onların atəş nöqtələri susdurulur, şəhidlərimizin qisası alınır. Düşməndən fərqli olaraq, ordumuzun erməni mülki əhalisini hədəf almaması bütün dünya tərəfindən qəbul edilmiş müharibə qanunlarına, insan hüquqlarına verdiyiniz dəyərdən irəli gəlir.
Cənab Prezident, biz tovuzlular Sizin siyasətinizi həmişə dəstəkləmişik. Ölkəmizin inkişafı, xalqımızın rifahı, dövlətimizin müdafiə qabiliyyətinin güclənməsi sahələrində gördüyünüz bütün işləri yüksək qiymətləndiririk. Düşmənin Tovuza hücumuna ən kəskin formada və adekvat surətdə cavab verməyiniz, bununla bağlı verdiyiniz qisas tapşırığı bizləri çox sevindirir.
Bizlər içimizdə olan düşmənləri də yaxşı tanıyırıq. Belə bir həssas dönəmdə xalqın saf niyyətindən öz çirkin maraqları üçün istifadə etmək, ölkədə xaos yaratmaq, dövlət orqanlarının fəaliyyətinə mane olmaq və qanunsuz yolla hakimiyyətə gəlmək istəyən radikal və başıpozuq qüvvələri kəskin surətdə pisləyirik. Onların xalq içərisində heç bir dayağı yoxdur. Bütün Azərbaycan xalqı Sizin arxanızdadır. Erməni quldurlarına qarşı vahid formada birləşməyin zəruriliyini dərk etməyən qüvvələr heç vaxt xalqdan dəstək almayacaq.
Möhtərəm Prezident, Tovuz əhalisi düşmənə qarşı mübarizədə Sizin yanınızdadır. Sizi tam əmin edirik ki, mənfur düşmənin qarşısından bir addım da geri çəkilən deyilik. Biz inanırıq və əminik ki, Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə ən qısa zamanda düşməni yerində oturdaraq işğal olunmuş dədə-baba torpaqlarımızı geri qaytaracaq”.