Lukaşenko Paşinyana ad günündə məsləhət verdi
    • 1-06-2024, 11:38
    • 266

Lukaşenko Paşinyana ad günündə məsləhət verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib və Ermənistan Nazirlər Kabinetinin rəhbərinə xalq diplomatiyasına riayət etməyi tövsiyə edib. 

News24.az xəbər verir ki, təbrikin mətni Belarus prezidentinin mətbuat xidmətinin saytında dərc olunub.

“Doğum gününüz münasibətilə təbrikləri qəbul edin... Siz təcrübəli siyasətçisiniz və uzun karyeranız ərzində bir neçə dəfə əmin olmusunuz ki, beynəlxalq münasibətlərdə ən dəqiq kompas xalq diplomatiyasıdır”, - Lukaşenko təbrikində qeyd edib.

Belarus prezidenti bildirib ki, ticarət-iqtisadi sahədə əməkdaşlıqda ən yüksək səviyyədə yardım göstərilməklə, Belarus və Ermənistana iki dövlət arasında əlaqələri gücləndirmək üçün əlavə imkanlar açılacaq.

Günel Məlikzadə