Türkiyənin kurort zonalarında yoluxmaların sayı artdı
    • 5-08-2020, 12:36
    • 503

Türkiyənin kurort zonalarında yoluxmaların sayı artdı

Türkiyənin kurort zonalarında koronavirusa yoluxmaların sayı artıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında yazıb. Nazir bildirib ki, son günlərdən bəri ilk dəfə yoluxmada ciddi artım müşahidə edilir. 

F.Qoca həmçinin qeyd edib ki, Türkiyə təhlükəli nəticələrin qarşısını almaq üçün hər cür səy göstərməlidir.