COVID-19 xəstəxanasında yanğın baş verdi – 8 nəfər həyatını itirdi
    • 6-08-2020, 10:53
    • 870

COVID-19 xəstəxanasında yanğın baş verdi – 8 nəfər həyatını itirdi


Hindistanın qərbindəki Gujarat əyalətində koronavirus xəstələrinin müalicə olunduğu bir xəstəxanada yanğın baş verib. 

News24.az xəbər verir ki, səlahiyyətlilərin verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər dünyasını dəyişib.

45 xəstənin isə başqa bir xəstəxanaya nəql edildiyi bildirilib.

Yanğının baş vermə səbəbi isə hələ ki, məlum deyil.