COVID-19 xəstələrinin xüsusi klinikalara tapşırıqla yerləşdirilməsinə MÜNASİBƏT
    • 21-08-2020, 18:32
    • 696

COVID-19 xəstələrinin xüsusi klinikalara tapşırıqla yerləşdirilməsinə MÜNASİBƏT

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva xüsusi klinikalara koronaviruslu xəstələrin tapşırıq əsasında yerləşdirilməsinə münasibət bildirib. 

News24.az-ın sualını cavablandıran şöbə müdiri bildirib ki, sakinlər bununla bağlı qaynar xəttə müraciət etməlidirlər: "Klinikaya desəm ki, insanlar xəstəxanaya ancaq müəyyən zəngdən sonra qəbul olunurlar, onlar məndən həmin şəxsin kimliyini istəyəcəklər. Konkret şikayətlər üçün bizin qaynar xəttimiz var. Vətəndaşların şikayətlərini qəbul edən adamlar var. Yəni, konkret adları desinlər və bunun əsasında araşdırmaq olar. Mən sizin dediyiniz məsələyə inanıram. Amma mən müraciət edəndə, əsaslandıra bilməyəcəm”. 

Qeyd edək ki, News24.az-a bununla bağlı çoxsaylı şikayətlər daxil olub.