Rusiyada bina partladı - 2 NƏFƏR ÖLDÜ, 38 NƏFƏRDƏN XƏBƏR YOXDUR
    • 22-08-2020, 10:39
    • 498

Rusiyada bina partladı - 2 NƏFƏR ÖLDÜ, 38 NƏFƏRDƏN XƏBƏR YOXDUR

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

News24.az
RİA-ya istinadən xəbər verir ki, qaz sızması səbəbilə baş verən partlayışdan sonra 38 nəfərin taleyi barədə məlumat yoxdur. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının rəhbəri Oleq Boçarov bildirilib ki, xilasedicilərə verilən siyahıda binaya daxil olan 115 nəfərin adı var: “Siyahıda olanlardan 77 nəfərin sağ olması müəyyənləşib, onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 2-si ölüb. Lakin 38 nəfərin taleyi məlum deyil. Həmçinin binadan 160 nəfər də təxliyə edilib”.