Elm dünyasında bir İLK: Qorillalar da YOLUXDU
    • 12-01-2021, 16:09
    • 646

Elm dünyasında bir İLK: Qorillalar da YOLUXDU

San Dieqo zooparkında bir neçə qorilla koronavirusa yoluxub. 

News24.az xarici KİV-ə əsasən bildirir ki, zooparkın icraçı direktoru Liza Peterson bazar ertəsi “Associated Press”-ə verdiyi açıqlamada parkda  yaşayan səkkiz qorillanın virusa yoluxduğunu və bir neçəsinin isə öskürdüyünü vurğulayıb.

Qeyd edək ki, infeksiya qorillalara zooparkın vəhşi heyvanlara qulluq edən heyətinin üzvündən keçib. Park həmin hadisədən sonra bağlanılıb. 
Hazırda veterinarlar qorillaları yaxından müayinə edir. Hələ ki onlara sadəcə vitamin və yemək verilir.