Çarəsizlikdən taksi sürən Samirə bunları İLK DƏFƏ DANIŞDI:
    • 22-01-2021, 15:50
    • 521

Çarəsizlikdən taksi sürən Samirə bunları İLK DƏFƏ DANIŞDI: "ÇOX BƏDBƏXT QADINAM... " - VİDEO

"Yaşaya bilənlər bilir, həyat "bomba" həyatdır..." 

Çox güman ki, bu sözləri xatırladınız. Bəli. Bir zamanlar bu qafiyəni meyxanaçı Samirə "De gəlsin" verilişində səsləndirmişdi. Bəlkə də çoxları hələ o zamanlar düşünürdü ki, bu xanımın həyatı elə oxuduğu meyxananın sözlərindəki kimi çox gözəldir. Amma bu heç də belə deyil. Ailəsini tək dolandırmaq, oğlunun müalicəsi ilə məşğul olmaq onu xeyli yorub. Hələ biz pandemiyadan danışmırıq. Bütün dünyanı böyük dərdə salan koronavirus bəlası, şou-əhlinin bir  çox nümayəndəsinə ciddi təsir etdi. Elə süjetimizin qəhrəmanı meyxanaçı Samirəyə də. Sənətçi əlaçsızlıqdan taksi sürücülüyünə başlayıb. Gecə-gündüz demədən evinə bir parça çörək aparmaq üçün dişi, dırnağı ilə çalışır.

Elə qəhrəmanımızla bir araya gəlməyimiz də axşam saatlarına təsadüf etdi. Çünki, qadın üçün gecə vaxtı taksi sürmək heç də asan deyil.

Həmsöhbətimizlə bir çox məqamlardan danışdıq.

Daha ətraflı News24.az-ın videoreportajında:

Sevda Bayramova
VİDEO - Fərid Şabanov