Badamdarda yenidən sürüşmə oldu - Restorana ziyan dəydi
    • 28-01-2021, 22:17
    • 493

Badamdarda yenidən sürüşmə oldu - Restorana ziyan dəydi

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə xəbəri FHN Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib. Əlavə məlumat veriləcək.