Magistraturaya sənəd qəbulunun tarixi məlum oldu
    • 29-01-2021, 11:27
    • 357

Magistraturaya sənəd qəbulunun tarixi məlum oldu

“Fevralın 9-da magistraturaya sənəd qəbulu başlayacaq. Biz insanlara 2 dəfə şans verməyi nəzərdə tutmuşuq”.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, digər imtahanların keçiriləcəyi aylar müəyyənləşib:

“Ancaq epidemioloji vəziyyət dəyişsə, imtahanların vaxtında da dəyişikliklər ola bilər”.