"Əvvəldən millətə deməliydilər ki, karantin bu qədər uzanacaq" - ELNARƏ ABDULLAYEVA - VİDEO
    • 4-02-2021, 15:54
    • 697

"Əvvəldən millətə deməliydilər ki, karantin bu qədər uzanacaq" - ELNARƏ ABDULLAYEVA - VİDEO

"Əvvəldən bilsəydim ki, karantin bu qədər uzun çəkəcək, bir dəqiqə şəhərdə oturmazdım. Deyərdilər ki, kim hara gedəcəksə getsin. Gedərdim kəndə, toyuq-cücə alardım, qaz, ördək saxlayardım. Bunların da hər birini gərək, özüm edim. Bekarçılıqdansa, nəsə işlə məşğul olardım".

News24.az
xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində deyib. Muğam ifaçısı karantinin uzanmasından gileylənib: "Hər zaman deyirəm ki, kənd adamıyam. Musiqi olmasa, acından ölən deyiləm. Əgər,  göyərti becərib, üstünə yumurta vurub yeyə bilməyəcəmsə, başımı qoyub ölməliyəm. Oturub gözləyirik ki, bu gün açacaqlar, sabah icazə verəcəklər. Bunu əvvəldən deməliydilər millətə. Biz də işimizi düzüb-qoşardıq".

Sevda Bayramova