Ülvi Məmmədov vəzifəsindən AZAD EDİLDİ
    • 2-03-2021, 12:48
    • 293

Ülvi Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

News24.az
xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
 
Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir. /report.az