Bakıda qarajda 30 min dollarlıq əşya oğurlandı
    • 27-03-2021, 12:00
    • 275

Bakıda qarajda 30 min dollarlıq əşya oğurlandı

Bakıda qarajdan oğurluq edilib.

Hadisə Yasamal rayonu ərazisində baş verib. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindən 30000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar. /Trend/