Aygün Kazımovanın modelyeri Cəmili SEÇDİ
    • 5-05-2021, 13:57
    • 373

Aygün Kazımovanın modelyeri Cəmili SEÇDİ

Öz dəsti xətti ilə seçilən məşhur modelyer və dizayner "YES MODA EVİ"nin rəhbəri Yeganə Sadıxova və "X Factor Ukraine" münsifləri heyran qoyan müğənni Cəmil bir araya gəlib.

News24.az xəbər verir ki, ifaçı Xalq artisti Aygün Kazımova, super ulduz Rəhim Rəhimli, müğənnilər Nigar Camal, Samir Bağırov və Lətifə Soyuöz kimi məşhurları geyindirən dizaynerlə bir araya gələrək, müştərək layihə hazırlayırlar.

Cəmil Y.Sadıxova ilə hazırladıqları yeni layihə haqqında çox danışmaq istəmədiyini vurğulayıb: "Tamaşaçılara sürpriz olsun. Artıq hazırlıqlar başlayıb. Azərbaycanın nömrə 1 dizaynerlə birgə çox maraqlı layihə edəcəyik. Yeganə xanıma və özümə uğurlar arzulayıram".