Metroda mərkəzləşdirilmiş yoldəyişdirici quraşdırıldı
    • 21-05-2021, 15:13
    • 273

Metroda mərkəzləşdirilmiş yoldəyişdirici quraşdırıldı

“Nərimanov” elektrik deposunun park yolunda ilk dəfə dəmir-beton çevirici tirlər üzərində mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, dəmir-beton çevirici tirlərin tətbiqi qatarların yoldan çıxma ehtimalını xeyli aşağı salır, istismar şərtlərini daha sərfəli və səmərəli edir, nəzarət-qulluq mexanizmlərini sadələşdirir. Onlar təbii hava şəraitində, iqlim dəyişkənliyində davamlı, dağılmaya qarşı yüksək müqavimətə malikdir.

Hazırda metronun həm yeni xətləri, eləcə də istismarda olan sahələri də dəmir-beton şpal və ya konstruksiyalar üzərində qurulur. Cari ilin ilk rübündə 415, ötən müddət ərzində isə 6 000-dən çox ağac şpal dəmir-beton şpal ilə əvəz olunub.