Vilayət Eyvazov müşavirə keçirdi
    • 26-05-2021, 18:33
    • 393

Vilayət Eyvazov müşavirə keçirdi

Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, müşavirə nazir, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilib.