Məktəblərdə peşəyönümü xidmətinin təşkili üçün metodik vəsait hazırlandı
    • 6-08-2021, 10:51
    • 291

Məktəblərdə peşəyönümü xidmətinin təşkili üçün metodik vəsait hazırlandı

Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu məqsədlə Təhsil İnstitutu (ARTİ) “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb.

Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub. Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Həmçinin vəsaitdən təhsil mütəxəssisləri və tədqiqatçıları, tələbələr, valideynlər də istifadə edə bilər. Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.