Azərbaycanda vaksin olunanların sayı 5 milyonu keçdi
    • 11-08-2021, 18:24
    • 349

Azərbaycanda vaksin olunanların sayı 5 milyonu keçdi

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 65 296 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 543 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.