Azərbaycanda 99 faizi insan bu ştamma yoluxur
    • 20-08-2021, 11:50
    • 229

Azərbaycanda 99 faizi insan bu ştamma yoluxur

Virus infeksiyalarında mutasiyalar baş verdiyi zaman bu, adətən mövsümü xarakter daşıyır.

News24.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Bildirib ki, Delta ştammı aşkarlandıqdan sonra epidemioloji xarakter daşıdığı üçün ölkədə yayıldığı məlum olur: "Mutasiya növünün hansı olmasından asılı olmayaraq tibbi əhəmiyyəti yoxdur".

 Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovsa bildirib ki,  ölkədəki yoluxma hallarının 99 faizi Delta ştammıdır.