Baş pediatr valideynləri uşaqların peyvəndlərini vurdurmağa çağırdı
    • 25-08-2021, 15:31
    • 313

Baş pediatr valideynləri uşaqların peyvəndlərini vurdurmağa çağırdı

“Hazırda ölkəmizdə digər dünya ölkələrində olduğu kimi koronavirusa qarşı ciddi şəkildə peyvəndləmə aparılır”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. Baş pediatr bildirib ki, digər peyvəndlərin vurulma faizində azalma müşahidə edilir: “Valideynlər uşaqları poliklinikaya aparmağa qorxur. Valideynlərə müraciət edirəm ki, koronavirus uşaqlarda çox nadir şəkildə ağır keçir. Digər peyvəndləri xahiş edirəm, vurdurun. Uşağınızın sağlamlığı sizin əlinizdədir. Rutin peyvəındlərin vurulduğu poliklinikalar var. Orada tam steril şəkildə valideynlərin girişi təmin edilir”. /APA/