Zəngilan xəbərini göz yaşları ilə çatdıran aparıcı İlham Əliyev və Ərdoğanla görüşdü – Video

Zəngilan xəbərini göz yaşları ilə çatdıran aparıcı İlham Əliyev və Ərdoğanla görüşdü – Video
Video / MARAQLI

27-10-2021, 18:00

Mətn ölçüsü

ARB 24 telekanalının “xəbərlər” proqramının aparıcı Günel Mönsümova Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

News24.az xəbər verir ki, bu barədə “İşgüzar səhər” verilişində bildirilib. Məlumata görə, ötən il efirdə Zəngilanın azad edilməsi barədə xəbəri sevinc göz yaşları ilə çatdıran Günel Mönsümova Zəngilanda  "Dost Aqropark"ın təqdimatında da aparıcılıq edib. Mərasimdən sonra isə zəngilanlı aparıcı və prezidentlər arasında səmimi söhbət baş tutub. Günel Mönsümova rayonun Ağalı kəndindən olmasını Ərdoğanın diqqətinə çatdırıb. Daha sonra isə xatirə fotosu çəkilib.

Qeyd edək ki, ötən il Ərdoğan çıxışında İlham Əliyevlə telefon danışığı zamanı   ARB 24 kanalının aparıcısı Günel Mönsümovanın Zəngilanın azad olunma xəbərini göz yaşları ilə çatdırmasından bəhs etdiyini bildirmişdi.

YouTube

YouTube 2-ci hissə