Deputat onda səhv tutanlara CAVAB VERDİ:
    • 3-11-2021, 16:51
    • 440

Deputat onda səhv tutanlara CAVAB VERDİ: "Mən ədəbiyyat müəllimi deyiləm"

Milli Məclisin deputatı Cavanşir Paşazadənin ötən gün Feysbukda yazdığı statusda etdiyi bir sıra orfoqrafik səhvlər yenidən gündəmə gəlməyinə səbəb olub.

News24.az xəbər verir ki, deputat Bakıvaxtı.az-a açıqlamasında onun statusunu müzakirəyə çıxaranlara cavab verib.

O, bildirib ki, yazdığı statusları müzakirəyə çıxaran insanların məqsədi sataşmaq niyəti daşıyır: “Onların məqsədi bizi susdurmaqdır. Mən, ədəbiyyat fənni üzrə müəllim deyiləm və imtahan vermirəm. Bir yazı yazıram, buna da şükür. Biz bu statusu müzakirəyə çıxaranların da yazılarını görmüşük. Onlar sataşmaq üçün bəhanə axtarırlar. Qoy, onlar mənim yazılarımı hərf-hərf oxumaqdan çərləsin, mən də yazmağımda olum. Mən davam edəcəyəm (gülür). Qoy, onlar oturub hesab-hüsab aparsınlar ki, bir vergül səhvdi və s. Onlar hesablamalarında olsunlar, biz də dövlətçiliyimizi qurmağa baxaq”.