Samur-Yalama Milli Parkında “açıq qapı” günü keçiriləcək
    • 4-11-2021, 16:14
    • 526

Samur-Yalama Milli Parkında “açıq qapı” günü keçiriləcək

Təbiəti ilə fərqlilik yaradan və Xəzər dənizini meşə ilə birləşdirən Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar noyabrın 5-də milli pakda “açıq qapı” günü keçiriləcək.  

News24.az xəbər verir ki, ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının zəngin biomüxtəlifliyini görmək istəyən ekoturizm həvəskarlarını milli parka dəvət edib. 

“Samur-Yalama Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb”.