Anar Kərimov ağacəkmə aksiyasına qatıldı - FOTO
    • 18-12-2021, 13:22
    • 343

Anar Kərimov ağacəkmə aksiyasına qatıldı - FOTO

Anar Kərimov və rəhbərlik etdiyi qurumun rəsmiləri 18 noyabr tarixində Ekologia və Təbii sərvətlər nazirliyi tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasına qatılıb.

News24.az xəbər verir ki, Ağacəkmə və yaşıllaşdırma təşəbbüsü və bundan irəli gələn müxtəlif ekoloji layihələr artıq genişmiqyaslı kampaniyaya çevrilib və ölkəmizdə ənənə halını alıb.

Tədbirə həmçinin Energetika Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və könüllülər qatılıb.

Ağacəkmə zamanı 2,2 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd  Eldar şamı, sərv, zeytun ağacları əkilib.