32 mindən çox şəxs vaksin olundu
    • 8-01-2022, 15:41
    • 395

32 mindən çox şəxs vaksin olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə 32 306 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 692 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597 299 təşkil edir.