Bakıda YENİ FIRILDAQ ÜSULU: Avtomobili avtobusa vurub pul tələb edirlər – VİDEO
    • 31-01-2022, 12:46
    • 604

Bakıda YENİ FIRILDAQ ÜSULU: Avtomobili avtobusa vurub pul tələb edirlər – VİDEO

Bakıda avtomobillə avtobusu vuran şəxs hadisənin özünün törətməsinə baxmayaraq pul tələb etməyə başlayıb.

News24.az xəbər verir ki, bu gün Binəqədi rayonu Mir Cəlal küçəsində “Opel” markalı 99 OV 862 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetaforda maşını arxaya hərəkət etdirərək geridə dayanmış avtobusu vurub.

Daha sonra sükan arxasından düşən şəxs pul istəyə, avtomobilinin düzətdirilməsini tələb etməyə başlayıb. Həmin şəxsə hadisənin özü tərəfindən törədilməsi bildirilsə də, o iddialarından əl çəkməyib və maşını yolun hərəkət hissəsindən çəkməyərək süni şəkildə tıxac yaradıb və minlərlə avtomobilin istifadə etdiyi yolda hərəkəti iflic edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib və hadisəni törətmiş şəxsin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayət təqdim edilib.