DİN elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yaydı
    • 28-02-2022, 16:27
    • 1 422

DİN elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb.

DİN-dən News24.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 26-da saat 23 radələrində Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla Sumqayıt şəhər sakini Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Fərzəliyev orada ölüb, sərnişini - Ağdam rayon sakini Y.Yusifzadənin vəziyyəti orta-ağırdır.

Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır".