Parlament nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində - FOTO
    • 2-04-2022, 12:35
    • 1 204

Parlament nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. 

News24.az xəbər verir ki, spiker Sahibə Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər.

Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib.