"O misalı heç Eynşteyn də həll edə bilməz"- Dərs çıxarılmalı dərsliklərimiz -VİDEO
    • 14-04-2022, 18:13
    • 405

"O misalı heç Eynşteyn də həll edə bilməz"- Dərs çıxarılmalı dərsliklərimiz -VİDEO

Son zamanlar bir çox valideynlər dərsliklərin çətinliyindən və buradakı yanlışlıqlardan narazılıq edirlər. Bildirirlər ki,ilbəil bu sahədəki qüsurlar azalmaq əvəzinə nədənsə artır. Bəs,mütəxəssislər bu iradlarla bağlı nə düşünürlər? 

Bu haqda News24.az-a danışan təhsil eksperti Kamran  Əsədov valideynlərin iradlarını haqlı hesab edir. O bilidirir ki  dərsliklərin yazılması üçün uzun zaman lazım gəlir: “ 6-8 ay müddətində yazılan kitablarda əlbəttə, yanlışlıqların olması qaçılmazdır. Bu müddət ərzində yazılan kitablar ictimai müzakirəyə çıxarılsa belə, hər kəs bu müzakirələrdə iştirak etmir və nəticədə ciddi yanlışlıqların olduğu dərsliklər məktəblilərə təqdim olunur.”
Ekspert eyni zamanda bu yöndəki problemlərin aradan qaldırılması üçün atılan addımlardan da danışıb: “Fikrimcə, ayrıca Dərslik Agentliyi yaratmalıyıq və ölkənin ən yaxşı mütəxəssislərini oraya cəlb etməliyik. Dərsliklər 6-8 ay müddətində yox, 2 il müddətinə yazılmalıdır.”

Bəli, dərsliklər ətrafında səslənən çoxsaylı tənqidi fikirlər bunlarla  bitmir. Önəmli olan səhvlərin aradan qaldırlması  istiqamətində lazımi addımların atılmasıdır. Çünki bu məsələdə ən böyük zərərçəkən yanlış məlumatlarla böyüyən, səhv bilgilərə yiyələnən uşaqlar ,yəni gələcəyimizdir.

Qumral ƏLİYEVA