Özbəkistanda 6 bal gücündə zəlzələ olub
    • 12-05-2022, 15:47
    • 270

Özbəkistanda 6 bal gücündə zəlzələ olub

Özbəkistanın cənubunda 6 bal gücündə zəlzələ olub.

News24.az RİA Novosti-yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Daşkənddən 411 kilometr cənub-qərbdə yerləşən Surxandarin vilayətində qeyd alınıb.

Zəlzələ zamanı insan itkisi və dağıntılar barədə informasiya daxil olmayıb.