İlon Maskdan İstanbulun fəthi ilə bağlı maraqlı paylaşım
    • 18-06-2022, 13:03
    • 280

İlon Maskdan İstanbulun fəthi ilə bağlı maraqlı paylaşım

SpaceX şirkətinin təsisçisi İlon Mask Twitter-də İstanbulun fəthi ilə bağlı paylaşımı ilə diqqət çəkib. 

News24.az
xəbər verir ki, paylaşımda yataqda uzanmış Bizans əsgərinin altına qotik hərflərlə “Constantinople 1453”,  yuxarıda isə "Did I lock the gate” (Qapını bağladımmı?) sualı qeyd edilib. 

Bu tvit izləyicilər arasında müzakirələrə səbəb olub. 

Bəzi izləyicilərin fikrincə, İlon, ey Yunanlı, Türklər “qapını bağlamayıblar”, ağlını başına topla deyə Yunanıstana mesaj göndərib.