İki rusiyalı qayıqla ABŞ-a üzdü - İNANILMAZ OLAY
    • 7-10-2022, 17:26
    • 302

İki rusiyalı qayıqla ABŞ-a üzdü - İNANILMAZ OLAY

Rusiyanın iki vətəndaşı səfərbərlikdən yayınmaq üçün riskli addım atıb. 

News24.az Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, onlar Berinq dənizindən qayıqla ABŞ-a üzüblər.

Tezliklə ABŞ Sahil Mühafizəsi onları aşkar edib. Dərhal sərhədçilər və gömrük işçiləri əraziyə çağırılıb. Bütün bunlar ABŞ-da ciddi səs-küyə səbəb olub. Hətta Alyaska qubernatoru belə məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, rusların belə gəlişi hakimiyyət üçün “sürpriz olub”.

ABŞ-ın çağırılmamış qonaqlarla necə davranacağı hələlik bəlli deyil.