Binəqədidə neft quyusundan oğurluq olub
    • 18-10-2022, 11:13
    • 190

Binəqədidə neft quyusundan oğurluq olub

Bakının Binəqədi rayonunda neft quyusundan oğurluq edən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini L.Ağayevaya qarşı dələduzluq etməkdə, Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birində orada işləyən T.Abbasovanın cüzdanından pul və qəsəbə ərazisindəki neft quyularının birindən 910 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Əliyev saxlanılıb.

Araşdırma aparılır.