Ötən günün kriminal XRONİKASI
    • 27-10-2022, 10:53
    • 149

Ötən günün kriminal XRONİKASI

Oktyabrın  26-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
 
Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.