İsmayıllıda "KİA" aşıb - Ölən var
    • 28-10-2022, 10:22
    • 139

İsmayıllıda "KİA" aşıb - Ölən var

Oktyabrın 27-də saat 16 radələrində İsmayıllı rayonunun İvanovka qəsəbəsi ərazisində rayon sakini F.Abdullayev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə avtomobildəki sərnişinlərdən həyat yoldaşı Fatma hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.