Dava bu meyxanaya görə düşübmüş - İDDİA - VİDEO
    • 9-11-2022, 12:14
    • 1 064

Dava bu meyxanaya görə düşübmüş - İDDİA - VİDEO

Aktyor Kamran Ağabalayev Rəşad Dağlı ilə bağlı paylaşım edib.

News24.az OLAY-a istinadən xəbər verir ki, sənətçi Rəşadın narkotik satanları tənqid etdiyi meyxananın görüntülərini instaqramda izləyicilərlə bölüşüb.

Kamran paylaşıma “Səbəb budur!” şərhini əlavə edib.

Həmçinin “Ay brat” ləqəbli meyxanaçı Mahir də TikTok-da canlı açaraq, qətlə yetirilən İsgəndər Mehdiyevin narkotik alverçisi olduğunu və Rəşadın ona etiraz etdiyini bildirilib. Onun sözlərinə görə hadisə də məhz bu səbəbdən baş verə bilər.