Vətən müharibəsi qazisi özünü bıçaqladı
    • 1-12-2022, 16:32
    • 176

Vətən müharibəsi qazisi özünü bıçaqladı

Tovuz rayonunda qazi intihara cəhd edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən rayonun Yanıqlı kəndində baş verib.

Həmin kənddə yaşayan Vətən müharibəsi iştirakçısı və qazisi, 1989-cü il təvəllüdlü Ceyhun Tofiq oğlu Rüstəmov bıçaqla özünə xəsarət yetirib.

O, Tovuzdakı xəstəxanaya çatdırılıb.

Qeyd edilib ki, müharibədən sonra Ceyhunda psixoloji problemlər yaranıb.

Onun hansı səbbədən həyatına qəsd etməsi araşdırılır.