Maskdan GÖZLƏNİLMƏZ QƏRAR: 1,5 milyard istifadəçinin HESABI SİLİNƏCƏK
    • 9-12-2022, 15:07
    • 240

Maskdan GÖZLƏNİLMƏZ QƏRAR: 1,5 milyard istifadəçinin HESABI SİLİNƏCƏK

“SpaceX”, “Tesla” və “Twitter” şirkətlərinin rəhbəri İlon Mask istifadə olunmayan bir milyard yarım hesabın Tvitterdən silinəcəyini açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, əsasən, uzun illərdir paylaşım etməyən istifadəçilərin profilləri silinəcək. 

Açıqlamada bir hesabın silinməsi üçün hansı müddətdə passiv olması ilə bağlı məlumat yer almayıb.