Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 6 nəfər öldü
    • 15-12-2022, 10:52
    • 232

Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 6 nəfər öldü

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin sayı məlum olub. 

Daxili İşlər Nazirliyindən News24.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsində ilkin məlumata görə, "Vita"nın sürücüsü də daxil olmaqla 6 nəfər həyatını itirib. Həmçinin TIR sürücüsü isə xəsarət alıb.

***

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. "Mersedes-Vita"  markalı avtomobillə TIR toqquşub. İkin məlumata görə ölənlər və yaralılar var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.