Orxan Əsgərovun atası: "Arzuları böyük idi"
    • 30-01-2023, 15:32
    • 115

Orxan Əsgərovun atası: "Arzuları böyük idi"

“Oğlumla bir gün öncə danışdım”.

News24.az xəbər verir kibu sözləri şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Şəhidin atası bildirib ki, oğlunun arzuları böyük idi:

“Hər zaman ailəsi ilə də, anasıyla da, bizimlə də danışırdı. Oğlumun ailəsi Bakıda yaşayırdı. Onun arzuları böyük idi. O, böyük türk dünyası uğrunda çalışırdı. Çox vətənpərvər idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək”.

Məhərrəm ƏLİYEV