"Vicdanım çox rahatdır" - Bələdiyyə Başçısı DANIŞDI
    • 11-02-2023, 12:51
    • 834

"Vicdanım çox rahatdır" - Bələdiyyə Başçısı DANIŞDI

Baş vermiş zəlzələ zamanı yer üzündən silinən Hatayın can itkisi olmayan tək mahalı Ərzindir.

News24.az xəbər verir ki, 50 min əhalisi olan Ərzin rayonunda zəlzələ zamanı bir bina da dağılmayıb.

TV5 kanalına danışan Ərzin Bələdiyyə Başçısı Ökkeş Elmasoğlu bunu heç bir qanunsuz tikiliyə icazə verməmələri ilə izah edib:

"Heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişəm. Hərdən hirslənirdilər və bələdiyyə sədri kimi mənə deyirdilər ki, ölkədə səndən başqa düzgün adam yoxdurmu? Türkiyədə yeganə doğru adam sənsən? Bu sözləri öz qulağımla dəfələrlə eşitmişəm. Təbii ki, buna icazə verməsəniz də, yol tapıb qanunsuz tikinti aparanlar var. Biz qanunsuz tikintiyə görə cərimə yazmışdıq. Bizim Ərzin 42 min əhalisi olan bir rayondur, Osmaniyedən 15-20 kilometr, Hataydan 110 kilometr aralıdadır. Buna baxmayaraq, şükürlər olsun ki, bizim Ərzində zəlzələ zamanı can itkisi və xəsarət alan, bir dağıntımız da olmadı. Lakin Ərzin xaricində İskenderun, Hatay və Osmaniyedə yaşayan  vətəndaşımız dünyasını dəyişdi. Onlara rəhmət diləyirəm.

Aynurə