Sumqayıtda evdə yanğın oldu
    • 12-02-2023, 10:42
    • 153

Sumqayıtda evdə yanğın oldu

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 140 m² (1-ci mərtəbəsi 70 m², mansardası 70 m²) olan birmərtəbəli mansarda tipli evin mansardasının döşəməsi 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.