"Artıq heç bir ölkə hansısa cəza növü ilə tək mübarizə aparmaq iqtidarında deyil"
    • 18-02-2023, 15:19
    • 1 304

"Artıq heç bir ölkə hansısa cəza növü ilə tək mübarizə aparmaq iqtidarında deyil"

"Günümüzdə artıq heç bir ölkə hansısa cəza növü ilə tək mübarizə aparmaq iqtidarında deyil. Artıq dövrümüzdə yeni bir cinayət anlayışı var. Qloballaşma artıq bir dizayndır. Bu şəbəkələr artıq üstün texnologiyalardan istifadə edirlər.Cinayətkarlarla köhnə metodlarla mübarizə təsirsiz qalır. Çünki onlar yeni metodlardan istifadə edirlər. Yeni mübarizə metodlarını inkişaf etdirməliyik".

News24.az-ın məlumatına görə, bunu  “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusunda keçirilən konfransda Türkiyə Notariuslar İttifaqının Baş katibi İbrahim Gül deyib. 

O bildirib ki, cinayətlər qloballaşır: "Ölkələrin mübarizə metodlarını birləşdirməsinə ehtiyac var".