Bakı-Qazax magistralında qaz daşıyan “QAZ” – VİDEO
    • 30-01-2020, 11:39
    • 1 328

Bakı-Qazax magistralında qaz daşıyan “QAZ” – VİDEO

Azərbaycanda minik avtomobillərinin yükdaşıma qaydalarını pozması halları adi hala çevrilib.

News24.az-ın məlumatına görə, qaydalara əməl edilməməsi və digər hərəkət iştirakçıları üçün təhlükənin yaradılması ilə bağlı növbəti hadisə Ucar rayonunda qeydə alınıb. Belə ki, banında ev quşu sayılan xeyli qazı yığan “QAZ” markalı avtomobilin sürücüsü magistral yolda hərəkət edib. Quşların qəfəsdə daşınmaması və təhlükəsizlik qaydalarına əməl edilməməsi diqqət çəkib.

Həmin videonu təqdim edirik: