Leyla Əliyeva Beynəlxalq Muğam Mərkəzində olub -FOTOLAR
    • 28-09-2019, 21:27
    • 998

Leyla Əliyeva Beynəlxalq Muğam Mərkəzində olub -FOTOLAR

Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində rusiyalı alim Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi dinlənilib.
News24.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Qeyd edək ki, Aleksey Sitnikov Moskva Dövlət Universitetinin, Rusiya İctimai Xidmət Akademiyasının, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun, Dövlət İdarəetmə Akademiyasının, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professorudur. O, 60-dan çox nəşr və tədqiqatın, 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin müəllifi və həmmüəllifidir. Rusiyanın ən böyük tədqiqat mərkəzi İSANT-ın (Vəziyyət Təhlili və Yeni Texnologiyalar İnstitutu) təsisçisidir.