İndoneziyada ölənlərin sayı 1200-ü keçib
    • 1-10-2018, 14:20
    • 1 004

İndoneziyada ölənlərin sayı 1200-ü keçib

İndoneziyada baş verən zəlzələ və sunami sonrası ölənlərin sayı 1200-ü keçib.
 
Təxminən 17 min insan evlərini tərk etmək məcburiyyətində qalıb və 2,4 milyon insana humanitar yardım lazımdır. 
 
Xatırladaq ki, Sulavesi adasında, Palu şəhərində ötən cümə günü 6,1 bal gücündə zəlzələ baş verib. Daha sonra 7,4 ballıq təkrar təkanlar qeydə alınıb. Zəlzələdən sonra hündürlüyü 2 metrə qədər olan sunami yaranıb. 
 
Bir çox ölkə İndoneziyaya yardım əli uzadıb. Cənubi Koreya humanitar yardım kimi ölkəyə milyon dollar göndərəcək. Avropa Komissiyası 1,5 milyon avro ayırıb. Öz növbəsində Fransa, Türkiyə və ABŞ-da kömək etməyə hazır olduqlarını bəyan ediblər.

//İnter.az