USD 1.7
EUR 1.9289
TRY 0.2519
RUB 0.0246
  • Bakı 24°C
  • ŞUŞA 22°C
  • GƏNCƏ 30°C
  • LƏNKƏRAN 29°C
  • ŞƏKİ 31°C
  • QUBA 22°C
  • NAXÇIVAN 31°C

“Doğma Bulvarda Novruz” bayram proqramı keçiriləcək

SOSİAL

Mətn ölçüsü

Martın 21-dən “Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim ediləcək. Bunu News24.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib. Onun sözlərinə görə, Dövlət Kukla Teatrının arxasında yerləşən meydanda 4 gün ərzində əsl Novruz ab-havası yaşanacaq: “Meydanda artıq bayram çadırları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və müsiqi proqramları təqdim olunacaq. Bayram günlərində milli rəqs ustad dərsləri, Nağara şou və ustad dərsləri, əl işləri üzrə ustad dərsləri təşkil olunacaq. Alovla Şou nümayiş etdiriləcək. Xüsusilə, uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onlar sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları tamaşası, kukla teatrı tamaşası izləmək imkanı qazanacaqlar. Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir. Paytax sakinlərini və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin Novruz Şənliyinə dəvət edirik”. Günay Yelmarqızı qeyd edib ki, “Doğma Bulvarda Novruz” adlı bayram tədbiri martın 24-nə qədər davam edəcək. 

Sevinc YASİNQIZI

Xəbəri paylaş: