Saxta təcavüz iddiası: Qadın 8,5 il həbs edildi - FOTO
    • 15-03-2023, 10:48
    • 142

Saxta təcavüz iddiası: Qadın 8,5 il həbs edildi - FOTO

Narkotik asılısına çevirildiyini, zorlandığını və daha sonra fahişəliyə məcbur edildiyini iddia edən 22 yaşlı qadının yalanı ifşa edilib.

News24.az xəbər verir ki, hadisə İngiltərədə baş verib. 

22 yaşlı Eleanor Villiams 2020-ci ilin may ayında sosial media hesabında verdiyi açıqlamada Cənubi Asiyadan olan kişiləri tərəfindən döyüldüyünü, zorakılığa məruz qaldığını və fahişəliyə məcbur edildiyini yazıb. Sözügedən açıqlama 100 mindən çox insan tərəfindən paylaşılıb. 

Vilyamsın doğma şəhəri Barrou-Furnessdə qəzəb və talanlara səbəb olub.

Yanvar ayında Vilyams məhkəmə tərəfindən yalan ifadə verməkdə günahkar bilinib.

Polis qadının zorlama və adam oğurluğu iddialarının yalan olduğundan, sözlərinin inandırıcı olması üçün özünə çəkiclə xəsarət yetirdiyindən şübhələnib. 

Hakim E.Villiamsın bu yalanları niyə uydurduğunu bilmədiyini lakin asiyalıları günahlandıraraq iddialarının etibarlılığını artırmaq istədiyinin aydın olduğunu söyləyib. 

Üç təqsirləndirilən şəxs məhkəmədə şübhəli bilinərkən intihara cəhd etdiklərini açıqlayıblar. 

Eleanor Villiams yalan ifadə verdiyi üçün 8,5 il müddətinə azadlıqdan məhrum edilib.