Ssenaristlər son 15 ilin ən böyük tətilini keçirəcək
    • 1-05-2023, 10:48
    • 129

Ssenaristlər son 15 ilin ən böyük tətilini keçirəcək

Amerikalı ssenaristlər son 15 ilin ən böyük tətilini keçirməyə hazırlaşır.

News24.az
xəbər verir ki, buna səbəb əmək haqqının az, iş vaxtının isə çox olmasıdır. 

Mayın 1-də Amerika Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında müqavilənin müddəti başa çatsa da, yeni əməkdaşlıq müqaviləsi imzalanmayıb.

Son bir neçə həftə ərzində gedən danışıqlar zamanı gildiya nümayəndələri üzvlərinin qonorarının artırılmasını tələb etsə də, studiya rəhbərləri bundan qəti şəkildə imtina ediblər.

Nəticədə Yazıçılar Gildiyası və digər birliklər tətil keçirəcəklərini açıqlayıblar. 

Bildirilib ki, tətil uzun müddət davam edərsə, bütün payız televiziya mövsümünü təhlükə altında qoyacaq. /Bloomberg/