44 günlük müharibə dünyanı dəyişdi, indi Türkiyə... - Paşinyan
    • 29-05-2023, 14:36
    • 170

44 günlük müharibə dünyanı dəyişdi, indi Türkiyə... - Paşinyan

Ümid edirik ki, Türkiyədə keçirilən prezident seçkilərindən sonra münasibətlərimizin normallaşması prosesini davam etdirə biləcəyik. 

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, bunu Ermənistan hökumətinin gündəmindəki ən mühüm məsələlərdən biri adlandırıb.

Paşinyan əlavə edib ki, dünya qeyri-adir dövrlər yaşayır və əsas problem qeyri-müəyyənlikdir. 

“Dünyanın ən güclü ölkələrinin liderləri və ya elitaları belə bir neçə aydan sonra dünyanın necə olacağını bilmirlər. Dünyada sürətlə dəyişir, bu dəyişiklik 44 günlük müharibə ilə başladı. Başımıza gələnləri qlobal proseslər kontekstindən kənarda nəzərdən keçirməməliyik”, - Ermənistanın baş naziri qeyd edib.

Akqabay